"Operativ Media" xəbər verir ki, bunu "Mundo Departivo"ya "İnter Mayami" klubunun və Argentina millisinin üzvü Lionel Messi sabiq komandası "Barselona" haqqında danışarkən deyib.
"Qalib gələ bəlməsəniz belə, ancaq, sonuna qədər mübarizə aparmalısan" deyə Messi bildirib.
O, üzərinə əməyi olan iki nəfərin adını açıqlayıb.
"Düşünürəm ki, üzərimdə əməyi olan iki insan var. Pep Qvardiola, çünki onunla uzun müddət birlikdə çalışdım və gözəl nailiyyətlər qazandıq. Ronaldinyonun da ilk zamanlarda dəstək olması karyeramda mənə çox kömək olub".






