Menyu

"Qalatasaray" gənc müdafiəçisi ilə yeni müqavilə imzaladı

Əziz Əzizli
"Qalatasaray" gənc müdafiəçisi ilə yeni müqavilə imzaladı
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi Metehan Baltacının sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı mərkəz müdafiəçisi 2027/2028 mövsümünün sonuna kimi "sarı-qırmızılar"a məxsus olacaq.

Qeyd edək ki, Metehan Baltacı "Qalatasaray"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü bu mövsüm "cim bom"un heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Əlaqəli Xəbərlər