11 Dekabr 2024, 05:41
Lionel Messi Bakıya gəlib
Dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya gəliblər.
Lionel Messi Bakıya gəlib şəkil
Lionel Messi Bakıya gəlib

"Operativ Media" xəbər verir ki, idmançıları daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Hava limanında onları iş adamı Adnan Əhmədzadə qarşılayıb.

Qeyd edək ki, ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Biletləri “iTicket.az” saytı və satış məntəqələrindən əldə etmək olar. Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Son xəbərlər
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib
"Qarabağ" dünya reytinqində 12 pillə gerilədi