"Milan" Teo Hernandezi satmağa hazırdır
Əziz Əzizli
"Operativ Media" bu daqda Calciomercato.com-a istinadən xəbər verir.
İtaliyanın vitse-çempionu "Milan" fransalı sol cinah müdafiəçisi Teo Hernandezi 50 milyon avroya satmağa hazırdır. 27 yaşlı futbolçunun xidmətində "Real Madrid" və İngiltərənin "Mançester Yunayted" klubları maraqlıdı.
Bu ilin yayında "Milan" Teo Hernandezin transferi üçün 80 milyon avro tələb edib.
Cari mövsümdə Teo Hernandez bütün yarışlar daxil 17 matçda iştirak edib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Onun "Milan"la müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. "Transfermarkt" Teo Hernandezin transfer dəyərini 60 milyon avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net