"Barselona"nın baş məşqçisi cəzalandırıldı
Əziz Əzizli
"Operativ Media" “Mundo Deportivo”ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis növbəti iki matçda ehtiyat skamyada olmayacaq.
Flik İspaniya çempionatının 16-cı turunun dekabrın 7-də baş tutan "Betis"lə oyununda (2:2) qırmızı vərəqə alıb.O, matçın 66-cı dəqiqəsində baş hakimin “Barselona”nın qapısına penalti təyin etməsindən narazılıq edib.
“Barselona” 17 oyundan sonra 38 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində liderdir.Kataloniya təmsilçisi növbəti iki oyunda “Leqanes” və “Atletiko”(Madrid) klubları ilə qarşılaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net