
Bunu "Operativ Media"ya milli komandanın sabiq üzvü Ruslan Əmircanov "Elfsborq" - "Qarabağ" oyunu haqqında danışarkən deyib.
O, "Qarabağ"ın qələbə qazanaraq vətənə qayıdacağına inandığını bildirib.
"Elfsborq"la oyun çox çətin olacaq. Bu oyunda "Qarabağ"ın iki əsas müdafiəçisi iştirak etməyəcək. İtkilərə baxmayaraq, Qurban Qurbanovun komandası onların yoxluğunu unutdurmağa çalışacaqlar. "Qarabağ"da komanda ruhu elədir ki, müdafiəyə Yankoviçi də qoysalar, çıxıb əlindən gələni edəcək ki, xeyir versin. Amma Qurban Qurbanov da istəyərdi ki, bu oyuna tam heyətlə, itkisiz çıxsın. İnanıram ki, lazım olan nəticəni əldə edib qayıdacaqlar. Çünki o vaxt artıq gəlib çatıb. Bu gün də, yaxşı oyun göstərib qələbə ilə qayıdacaqlarına inanıram".
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçirilən "Elfsborq" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.