12 Dekabr 2024, 14:55
AFFA Premyer Liqa klublarını cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
AFFA Premyer Liqa klublarını cərimələdi şəkil
AFFA Premyer Liqa klublarını cərimələdi

"Operativ Media" PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 16-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” 500 manat cərimələnib.

Eyni oyunda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 500 manat cərimələnib.

“Kəpəz” – “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz” 800 manat cərimə edilib.

“Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt”dan 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

Bu oyunda “Sumqayıt” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub 500 manat cərimələnib.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb