"Qarabağ" U-17-nin məşqçisi 5 oyunluq cəzalandırıldı
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, buna səbəb millinin sabiq futbolçusunun U-17 Liqasında “Sabah”la oyundakı davranışı olub.
Sadiqov qarşılaşmanın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir edib və qırmızı vərəqə alıb. İntizam Komitəsi çalışdırıcıya 5 oyunluq cəza kəsib.
Komitə daha 4 məşqçiyə 5 oyunluq sanksiya tətbiq edib. U-14 Liqasında “Metak”ın məşqçisi Zahid Tayıbov, U-13 Liqasında “Zaqatala”nın baş məşqçisi Nəsib Əliyev, “Şirvanovka”nın baş məşqçisi Habil Nurəhmədov və U-10 Liqasında “Ahmedoğlu”nun məşqçisi Bəxtiyar Salmanov hakimi təhqir etdikləri üçün 5 oyunluq cəzalandırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net