Menyu

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri bilinəcək

Əziz Əzizli
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri bilinəcək

"Operativ Media" xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Mərasimdə Azərbaycan millisinin rəqiblərinin də adına aydınlıq gələcək.

Millimiz püşkatmada 4-cü səbətdə olacaq. 

1-ci səbət: Fransa, İspaniya, İngiltərə, Portuqaliya, Niderland, Belçika, İtaliya, Almaniya, Xorvatiya, İsveçrə, Danimarka, Avstriya

2-ci səbət: Ukrayna, İsveç, Türkiyə, Uels, Macarıstan, Serbiya, Polşa, Rumıniya, Yunanıstan, Slovakiya, Çexiya, Norveç

3-cü səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, İslandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail

4-cü səbət: Bolqarıstan, Lüksemburq, Belarusiya, Kosovo, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva

5-ci səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San-Marino.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi 2025-ci ilin martında start götürəcək. Turnirin final mərhələsi isə iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də təşkil olunacaq. Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər