"Operativ Media" xəbər verir ki, bu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
● Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin əhatə dairəsi genişləndirilir
● Hərbi xidmətdən azad edilənlər öz arzuları ilə hərbi xidmətə çağırıla bilərlər
● Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.