Menyu

Sərxan Hacıyev: Fernandu Santuşun istefaya göndərilməsi məsələsi gündəmdə deyil

Əziz Əzizli
Sərxan Hacıyev: Fernandu Santuşun istefaya göndərilməsi məsələsi gündəmdə deyil

"Operativ Media" xəbər verir ki, federasiya rəsmisi Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun milli komandadakı taleyi ilə bağlı da danışıb:

“Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil. O, hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir”.

Sərxan Hacıyev bu gün baş tutacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkündən gözləntilərini də açıqlayıb:

“Hansısa rəqibin adını çəkmək düzgün olmaz. Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır. Yığmamız matçlarda sonadək “döyüşməlidir”. Nəticə görüşlərdən sonra bəlli olacaq”.

Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimi bu gün, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər