Menyu

Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib

Əziz Əzizli
Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş AFFA.az saytına açıqlamasında DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirərkən bildirib.

O, komandanı bu oyunlara hazırlamağın vacibliyini vurğulayıb.

“Artıq püşk atılıb, heç nəyi dəyişmək mümkün deyil. İndi daha vacibi rəqibləri yaxından tanımaqdır. Fransa, yoxsa Xorvatiya ilə qarşılaşacağımız UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Digər rəqiblərimiz isə Ukrayna və İslandiya seçmələridir. İndi ən önəmlisi komandamızı bu oyunlara hazırlamaqdır. Mart və iyunda rəsmi matçlarımızın olmaması yaxşı haldır. Qrup oyunlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Həmin dönəmlərdə yoldaşlıq görüşləri keçirəcəyik ki, yığmamız sentyabrda başlayacaq seçmə mərhələ matçlarına hazır olsun”.

Qeyd edək ki, millimizin D qrupundakı rəqibləri UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya yığmalarıdır. Bu qrupda mübarizə 2025-ci ilin sentyabrında başlayacaq.

Teqlər:

"Fernandu Santu\u015f D\u00c7-2026-n\u0131n se\u00e7m\u0259 m\u0259rh\u0259l\u0259sinin p\u00fc\u015fk\u00fcn\u00fc d\u0259y\u0259rl\u0259ndirib"

Əlaqəli Xəbərlər