Menyu

"Kəpəz"in futbolçusu yubiley qoluna imza atıb

Əziz Əzizli
"Kəpəz"in futbolçusu yubiley qoluna imza atıb

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 17-ci turunun “Neftçi” ilə səfər görüşündə (1:2) qeydə alınıb. O, 30-cu qolunu 169-cu matçında vurub.

Əliyev “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 7 dəfə fərqlənib. O, oynadığı klublardan “Xəzər Lənkəran”la “Zirə”də qol hesabını açmayıb.

Orxan Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 102-ci oyunçudur. O, bu siyahıda Kamal Quliyev, Valter Quqlemon və Ceyhun Sultanovla 99-102-ci yerləri bölüşür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər