Rövşən Hüseynli: İsveçi məğlub etməklə yaxşı başlanğıc edə bilərik
Bunu "Operativ Media"ya AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Bakıda İsveçlə oyun öncəsi fikirlərini bölüşən millimizin qapıçısı Rövşən Hüseynli bildirib.
"Bizi çətin və məsuliyyətli oyun gözləyir. İsveç millisinin oyunlarını izləmişik . Rəqibin zəif və üstün cəhətləri haqqında məlumatı baş məşqcimiz bizə göstərib. Həmçinin ,bizim necə oynamalı olduğumuzu göstərib və öz tapşırıqlarını verib.
Millimizin qapıçısı ilk oyunun doğma meydanda olmasını üstünlük sayıb.
"Heyətimiz yerli və gənc oyunçulardan təşkil olunub. Meydanda həyəcanlı olmaları qaçınılmazdır. İnanıram ki, milli ruh və istək onlara meydanda sona qədər vuruşmağa çox kömək olacaq. Bu seçmə mərhələnin ilk oyununu öz meydanımızda oynamağımız üstün tərəfimizdir. Qələbə qazanıb 3 xalı aktivimizə yazdırmaqla yaxşı başlanğıc edə bilərik".
Qeyd edək ki, Azərbaycan - İsveç qarşılaşması saat 20:00-da start götürəcək.