18 Dekabr 2024, 13:56
Azərbaycanda il ərzində ən çox meydanda olan futbolçular açıqlanıb
2024-cü ildə Azərbaycanda çıxış edən futbolçular arasında (yalnız yüksək dəstə) ən çox meydanda olan oyunçular bəlli olub.
Azərbaycanda il ərzində ən çox meydanda olan futbolçular açıqlanıb şəkil
Azərbaycanda il ərzində ən çox meydanda olan futbolçular açıqlanıb

"Operativ Media" xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytı məlumat yayıb.

İlk pillədə “Zirə”nin müdafiəçisi Ruan Renato qərarlaşıb. Braziliyalı legioner 4222 dəqiqə meydanda olub. O, bu həddə 47 oyunda çatıb. Renato 81.5 faiz çempionat, 18.5 faiz avrokubok görüşlərində iştirak edib.

İkinci sırada “Sabah”ın formasını geyinən Azərbaycan yığmasının üzvü Amin Seydiyev yer alıb. Cinah müdafiəçisi 45 qarşılaşmada 3799 dəqiqə keçirib. Bunların 83.5 faizi Premyer Liqa, 10,3 faizi avrokubok, 6.2 faizi milli komandaya təsadüf edib.

İlk “3-lüy”ü Azərbaycan millisinin digər üzvü Toral Bayramov qapayır. “Qarabağ”ın futbolçusu 60 oyunda 3728 dəqiqə meydanda olub. O, 58.2 faiz çempionat, 20.9 faiz avrokubok, 20.9 faiz yığma matçlarının iştirakçısıdır.

Siyahı tərtib olunarkən dekabrın 15-dək olan qarşılaşmalar nəzərə alınıb, klublarkı görüşlərlə yanaşı, millilərdəki (əsas, U-23 və U-21) matçlara da diqqət yetirilib.

Son xəbərlər
Sabah hava necə olacaq? - PROQNOZ
"Mançester Siti" 6 futbolçusu ilə vidalaşa bilər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?