Almaniya Ukraynaya "Leopard 2" tipli tankların göndəriləcəyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Almaniya hökumətindən verilən açıqlamaya görə, ilk növbədə 14 ədəd “Leopard 2” tankının göndərilməsi planlaşdırılır.
Tankların tərəfdaş ölkələrdən ixracına da razılıq verildiyi, Ukrayna qoşunlarının Almaniyadakı təlimlərinə yaxın vaxtlarda başlanacağı və Almaniyanın döyüş sursatı ilə təmin olunacağı bildirilib.