20 Dekabr 2024, 16:44
Rusiyanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi təbrik edib.
Rusiyanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib şəkil
Rusiyanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

"Operativ Media" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizin dostluq, tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfənizi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş qərarların icrası üçün iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, müxtəlif istiqamətlərdə birgə nəhəng layihələrin həyata keçirilməsi məqsədilə böyük işlər görülür.

Əminəm ki, praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.

Sizinlə 2024-cü il noyabrın 13-də keçirilmiş görüşümüzü məmnunluqla xatırlayıram. Açıq və konstruktiv ünsiyyətimizi davam etdirməkdən şad olacağam.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Son xəbərlər
İtaliya İsraili Qəzzada əməliyyatları dayandırmağa çağırıb
XİN Tehranda Azərbaycan səfirliyinə hücum edan şəxsin edam olunması ilə bağlı məlumat yayıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - VİDEO
21 May 2025, 15:45
Tokayev İlham Əliyevə təşəkkür edib
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib