Menyu

"Sevilya"nın baş məşqçisi: "Bildiyimə görə, Juninyo çox qol vurur"

Əziz Əzizli
"Sevilya"nın baş məşqçisi: "Bildiyimə görə, Juninyo çox qol vurur"

"Operativ Media"nın “Marca”ya istinadən yaydığı məlumata görə, bu barədə o, keçirdiyi mətbuat konfransında bildirib. La Liqa klubunun baş məşqçisi jurnalistin bununla bağlı sualına cavab olaraq deyib:

“Mən bilirəm ki, o, “Qarabağ”ın çox qol vuran futbolçusudur. Qış transfer pəncərəsi açıldıqdan sonra hər şey baş verə bilər. Siz məndən “Qarabağ”ın futbolçusu barədə soruşursunuz. Bildiyimə görə, o, çox qol vurur və klubu ilə hələ uzunmüddətli müqaviləsi var. Bizim bu il çempionatda çox vacib oyunumuz (“Real” Madridlə - red.) qalıb. Fasilədən qayıtdıqdan sonra heyətimizi qiymətləndirmək üçün 1 ay vaxtımız olacaq”.

Əldə etdiyimiz son məlumata görə, hazırda “Qarabağ”la “Sevilya” arasında danışıqların ikinci mərhələsi keçirilir. İlk mərhələdə Ağdam təmsilçisi ispanlar tərəfdən təklif olunan məbləğin onları qane etmədiyinə dair qarşı tərəfə cavab verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər