Menyu

"Sevilya" Juninyo üçün "Qarabağ"a ikinci təklifini göndərib

Əziz Əzizli
"Sevilya" Juninyo üçün "Qarabağ"a ikinci təklifini göndərib
1 dəq oxu

"Operativ Media" “Vamos Mi Sevilla” portalına istinadən xəbər verir ki, braziliyalının La Liqa klubuna keçmək şansları artıb. Belə ki, Ağdam təmsilçisi “Sevilya”nın ilkin olaraq 2 milyon avroluq təklifindən imtina edib. İspaniya klubu bundan sonra “Qarabağ”a 3-5 milyon avroluq təklif irəli sürüb. 

O da bildirilir ki, “Qarabağ” əvvəllər Juninyo üçün istədikləri 5 milyon avroluq tələbdən artıq imtina edib.

Digər məsələlərlə yanaşı, klublar məsələni öz aralarında həll edərsə, “Sevilya” və Juninyo iki mövsümlük müqavilə imzalamağa razılaşıblar. (Sportal.az)

Əlaqəli Xəbərlər