23 Dekabr 2024, 17:12
Mancini: İtaliya komandasını tərk edib Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik etdiyimə görə təəssüflənirəm
İtaliyalı mütəxəssis Roberto Mançini 2023-cü ilin avqust ayında İtaliya milli komandasından ayrılıb Səudiyyə Ərəbistanı milli komandasını çalışdırdığına görə təəssüf etdiyini bildirib.
Mancini: İtaliya komandasını tərk edib Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik etdiyimə görə təəssüflənirəm şəkil
Mancini: İtaliya komandasını tərk edib Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik etdiyimə görə təəssüflənirəm

"Operativ Media" bu haqda "Football İtalia"ya istinadən xəbər verir.

"Belə bir qərarı bir daha qəbul etməzdim. İtaliya millisinin baş məşqçisi vəzifəsi ən yaxşısıdır. Təəssüf edirəm ki, İtaliya millisindən ayrıldım və Səudiyyə Ərəbistanı millisinin başına keçdim.

İtaliya Futbol Federasiyasının prezidenti ilə aramızda anlaşmazlıq oldu. Ola bilsin ki, əgər daha uzun danışsaydıq, hər şey başqa cür olardı.

Pulun arxasınca qaçmaqda ittiham edənlər mənim tərcümeyi-halımı öyrənsinlər, sonra danışsınlar".

Bu ilin oktyabr ayında Səudiyyə Ərəbistanı Mançinini komandadan uzaqlaşdırıb. Onun rəhbərliyi altında komanda 18 oyunda 7 qələbə qazanıb, 5 heç-heçə edib və 6 məğlubiyyət alıb. Müqavilə pozulduğuna görə Səudiyyə Ərəbistanı Futbol Federasiyası Mançiniyə ən azı 25 milyon avro təzminat ödəyib.

Mançininin rəhbərliyi ilə İtaliya milli komandası 2021-ci ildə Avropa çempionu olub.

Son xəbərlər
"Karvan" qapıçısı ilə müqaviləni yenilədi
Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
10 İyul 2025, 14:29
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR
Azərbaycan və Ermənistan liderləri arasında görüşün ilkin nəticələri açıqlanıb
Aİ Azərbaycan-Ermənistan danışıqlarını alıqışlayır
Murad Musayev: "Sabah" sonuncu pillədə gedirdi, növbəti mövsüm isə gözəl futbolla gümüş qazandıq"