
"Operativ Media" xəbər verir ki, "yaşıl-ağ" klubun 2018-ci ildən etibarən hər il mövsümün son ev oyununda ənənəvi hala gətirdiyi "oyuncaq yağışı" tədbiri bu il də "Benito Villamar"in stadionunda gözəl mənzərələrə səhnə oldu.
LaLiqanın 18-ci həftəsində "Real Betis" ilə "Rayo Vallekano" arasında keçirilən və 1-1 hesabı ilə başa çatan oyunun fasiləsində edilən elanla birlikdə "Real Betis" azarkeşləri maddi imkanları məhdud olan uşaqlara çatdırılması üçün tribunadan meydana minlərlə yumşaq oyuncaq atdı.
Tədbir zamanı meydana atılan oyuncaqlar klubun əməkdaşlıq etdiyi yardım təşkilatlarına təhvil verilib.
"Real Betis"dən verilən açıqlamada, tədbirin hər il daha çox maraq gördüyü və cəmiyyətdə maarifləndirmə missiyasını uğurla yerinə yetirdiyi vurğulanaraq, bu il 20 min oyuncağın meydana atılması ilə rekord qırıldığı qeyd edilib.
Həmçinin klubun sosial şəbəkələrdə azarkeşlərin meydana oyuncaq atdığı görüntüləri paylaşması böyük rəğbət qazanıb.