23 Dekabr 2024, 21:05
"Arsenal"ın hücumçusu uzun müddət oynamayacaq
İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.
"Arsenal"ın hücumçusu uzun müddət oynamayacaq şəkil
"Arsenal"ın hücumçusu uzun müddət oynamayacaq

"Operativ Media" xəbər verir ki, London təmsilçisində Bukayo Saka sıradan çıxıb. İngiltərəli vinger Premyer Liqanın 17-ci turunun "Kristal Pelas"la matçının (5:1) 24-cü dəqiqəsində zədələnərək meydanı tərk edib.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta ayaq əzələsindən zədə alan 23 yaşlı ön xətt oyunçusunun durumunun ciddi olduğunu və onun uzun müddət komandaya kömək edə bilməyəcəyini deyib. Yerli mətbuatın məlumatına görə, futbolçu təxminən 6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?
Məleykə Abbaszadə: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq
DİM sədri: Ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir