Menyu

Uqo Orlando Qatti: "Messi ABŞ-də kənd futbolu oynayır"

Əziz Əzizli
Uqo Orlando Qatti: "Messi ABŞ-də kənd futbolu oynayır"

"Operativ Media" xəbər verir ki, bu haqda "La Nacion" nəşri məlumat yayıb.

“Mən Messiyə qarşı pis münasibətdə deyiləm, amma o, sadə futbol oynayır. Onu "Barselona"da izləmişəm, amma orada mükəmməl bir komanda var idi ki, işi onun əvəzinə görürdü.

Messi 2026-cı il dünya çempionatında iştirak edə bilər, amma bu halda Argentina millisinin bir oyunçusu az olacaq. Artıq indi Messi ABŞ-də kənd futbolu oynayır".

Qeyd edək ki, 2022-ci il dünya çempionatından əvvəl Messi bu turnirdə sonuncu dəfə iştirak etdiyini açıqlamışdı. Ancaq bu il Amerika Kubokunu qazandıqdan sonra 2026-cı il dünya çempionatında oynama ehtimalını istisna etməmişdi.

Teqlər:

"Uqo Orlando Qatti: \"Messi AB\u015e-d\u0259 k\u0259nd futbolu oynay\u0131r\""

Əlaqəli Xəbərlər