Menyu

Azərbaycan üzgüçüləri Estoniyada 22 medal qazandılar

Əziz Əzizli
Azərbaycan üzgüçüləri Estoniyada 22 medal qazandılar

"Operativ Media" xəbər verir ki, Estoniyanın Tartu şəhərində keçirilən yarışa 15 idmançı ilə qatılan milli çox yüksək nəticələr əldə edib.

Azərbaycanla yanaşı Estoniya, Latviya, Litva, Ukrayna, Finladiyadadan ümumilikdə 35 klubdan 285 idmançının qatıldığı beynəlxalq turnirdə ölkəmizin üzgüçülük yığmasının üzvləri vətənə 7 qızıl, 13 gümüş medal, 2 bürünc medalla dönüblər.

Üzgüçülərimizdən Süleyman İsmayılzadə 3 qızıl, 2 gümüş, Oqtay Hüseynov 2 qızıl və eyni sayda gümüş, Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, 1 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl və gümüş, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Səid Həmidov 2 gümüş, Rəşad Alquliyev və Məryəm Cavadova hərəyə 1 gümüş medal qazanıblar.

Süleyman İsmayılzadə, həmçinin 1500 metr məsafəyə sərbəst üsulda üzməkdə 1-ci olmaqla yanaşı, Estoniya rekordunu da yeniləyib.

Qeyd edək ki, yarış dekabrın 20-dən 22-nə qədər keçirilib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər