Menyu

AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanılıb

AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanılıb

"Operativ Media" Nur.kz nəşrinə istinadən xəbərinə görə, bu barədə Manqistau vilayətinin polis idarəsindən məlumat verilib.

Azamat Sarsenbayev özü də "Facebook" səhifəsində həbsindən danışıb.

"Məni saxladılar. Aktaunun polis idarəsinə gedirəm. Çox güman ki, təyyarənin qəzaya uğradığı yerdə çəkilişlərə görə. Hazırda bütün dünya KİV-i mənim fotolarımdan istifadə edir", - deyə o, paylaşımda bildirib.

Manqistau polis idarəsi bloqerin saxlanması ilə bağlı açıqlama verib.

"Vətəndaş S.A. polis tərəfindən ictimai asayişi pozduğuna görə saxlanılıb. O, hadisə yerində drondan istifadə edib ki, bununla da xilasetmə xidmətlərinin işinə və istintaq tədbirlərinə maneə törədib, o cümlədən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Hazırda qanun pozucusu polis idarəsinə aparılıb və orada barəsində mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - deyə qurumdan bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər