Pedri "Barselona" ilə müqaviləni uzadacaq
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, yeni müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub. Bunu insayder Toni Xuanmarti sosial şəbəkə hesabında yazıb.
Klub yaxın günlərdə yekun razılaşmanı başa çatdıracaq və sənədləri rəsmiləşdirəcək.
Pedri Hans-Dieter Flikin sistemində əsas oyunçudur.
Pedrinin hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.
Cari mövsümdə 22 yaşlı futbolçu 25 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Transfermarkt" Pedrinin transfer dəyərini 80 milyon avro olaraq qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net