Menyu

Səudiyyə Ərəbistanı klubu Fatih Terimə təklif göndərib

Əziz Əzizli
Səudiyyə Ərəbistanı klubu Fatih Terimə təklif göndərib
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarından "Əl-Şabab" təcrübəli mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək istəyir.

Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, "Əl-Şabab" Fatih Terimə rəsmi təklif göndərib. Tərəflərin razılığa yaxın olduğu iddia edilir.

"Əl-Şabab"ın son baş məşqçisi hazırda "Vulverhempton" klubunda çalışan, daha əvvəl isə "Fənərbaxça"nı çalışdıran Vitor Pereyra olub.

Səudiyyə Ərəbistanı klubu hazırda 23 xalla liqada 6-cı yerdə qərarlaşıb.

Əlaqəli Xəbərlər