26 Dekabr 2024, 10:02
Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana başsağlığı verib
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir: “Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə kədərli xəbəri dərin hüznlə aldıq.
Özbəkistan Respublikası Ali Məclisinin Senatı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram.”