Menyu

Aktauda AZAL-a məxsus təyyarə qəzası: hadisələrin xronologiyası

Nərmin Qocamanlı 66381 baxış
Aktauda AZAL-a məxsus təyyarə qəzası: hadisələrin xronologiyası

Bakı vaxtı ilə saat 10:30-da təyyarənin Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğraması barədə Qazaxıstan tərəfinə ilkin məlumat daxil olub. Dərhal əraziyə Qazaxıstan FHN-nin canlı qüvvə və texnikası göndərilib.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

"Operativ Media" açıqlanan rəsmi rəqəmlərə istinadən xəbər verir ki, 67 nəfərdən 37 nəfəri Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı olub.

Onlardan 29 nəfər xəstəxanaya çatdırılıb. Sağ qalanlardan 14 nəfəri Azərbaycan vətəndaşı olub.  Hadisədə həlak olan şəxslərdən 25 nəfər azərbaycanlının şəxsiyyəti müəyyənləşib. AZAL-ın qəzaya uğramış təyyarəsinin pilotları və bələdçi Hökumə Alıyeva II Fəxri xiyabanda dəfn olunacaq.

Qrzonıya uçan təyyarənin eniş edə bilməməsinin səbəbi kimi qatı duman göstərilib. Təyyarə Mahaçqalaya yönəldilib lakin oradan sorğuya cavab ala bilməyən pilotlar Aktauya enmək barədə qərar veriblər. Qəzadan sonra təyyarənin gövdəsindən naməlum dəliklərin aşkarlanması sosial şəbəkələrdə böyük müzakirə yaradıb. 

Hadisə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq geri qayıdıbmüşavirə keçirib. 

Ölkə başçısı müşavirədə bildirib ki, hadisənin səbəbləri məlum deyil, qəza ilə bağlı bir neçə versiya var. 

Prezidentin sərəncamı ilə hadisənin araşdırılması üçün komissiya yaradılıb. 

Tərkibində FHN və RİNN rəhbərlərinin də olduğu heyət Prezidentin tapşırığı ilə Qazaxıstana göndərilib. 

Baş Prokurorluq hadisə ilə əlaqədar cinayət işi açıb. 

Prezidentin sərəncamı ilə 26 dekabr Azərbaycan Respublikasının ərazisində matəm elan edilib. 

Qeyd edək ki, təyyarənin qara qutusu tapılıb və istintaq işinə maddi sübut kimi əlavə edilib.

Qəzadan sonra AZAL Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırıb. 

Hadisə ilə əlaqədar dünya liderləri Azərbaycana başsağlığı veriblər.

Hadisədən bir gün sonra "Caliber" Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qaldığını bildirib.  AZAL-ın dekabrın 27-də yaydığı məlumata görə, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov Təyyarənin qəzaya uğradığı saatlarda Qroznı yaxınlığında vəziyyətin çətin olduğunu qeyd edib.

Sosial şəbəkələrdə #Rusiyaüzristə həştəqi ilə kampaniya başlayıb.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, AZAL təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalaraq qəzaya uğraması ilə bağlı üzr istəyib.

Rusiyada AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau limanında qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Prezident İlham Əliyev AzTV-yə müsahibəsində bildirib ki, Rusiya günahkarları cəzalandırmalı və  təzminat ödəməlidir.

Teqlər:

"Aktauda AZAL-a m\u0259xsus t\u0259yyar\u0259 q\u0259zas\u0131: hadis\u0259l\u0259rin xronologiyas\u0131"

Əlaqəli Xəbərlər