Menyu

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - SİYAHI/YENİLƏNİR

Nərmin Qocamanlı
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - SİYAHI/YENİLƏNİR

Baş vermiş faciəvi hadisə ilə bağlı bir sıra dövlət və hökumət rəsmiləri, bir sıra ölkələrin Xarici İşlər Nazirlikləri, dost dövlətlərin parlament sədrləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib. Serbiya prezidenti bu çətin anlarda Azərbaycanın yanında olduğunu bildirib.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib. Baş nazir bu kədərli vaxtda  Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib.

Qırğızıstan Prezidenti Sadır Japarov Aktauda baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib. Qırğızıstann prezidenti bu itkiyə görə kədərimizi bölüşdüyünü vurğulayıb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan xalqına başsağlığı verib

Ermənistanın Baş naziri Nikol Paşinyan təyyarə qəzası ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib. Paşinyan bildirib ki, bu faciə insanın kədərlənməməsinə səbəb ola bilməz.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə həm zəng edib, həm də  başsağlığı məktubu ünvanlayıb. Ərdoğan Azərbaycan xalqına, xüsusən də yaxınlarını itirənlərə başsağlığı verib, səbir diləyib.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İlham Əliyevə zəng edərək başsağlığı verib. Yaralananların tezliklə şəfa tapmasını diləyib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana başsağlığı verib. O, qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa dilədiyini bildirib.

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Tacisiktan prezidenti xəsarət alanların tezliklə sağalmalarını arzu edib.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş bütün xalqların ailələrinə başsağlığı verib. O, bütün yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirib.

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana başsağlığı verib.Rumen Radev bu faciəvi hadisədə yaralıların tezliklə sağalmasını arzulayıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Bu çətin anda Türkmənistan xalqı, hökuməti və öz adından zərərçəkənlərə tezliklə şəfa tapmalarını arzulayıb.

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Bu ağır gündə Azərbaycanın yanında olduqlarını bildirib.

ABŞ Dövlət Departamentinin sözcüsü Metyu Miller Azərbaycana başsağlığı verib. ABŞ Azərbaycana təyyarə qəzası ilə bağlı kömək etməyə hazır olduğunu qeyd edib.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Prezident  Azərbaycanın kədərini bölüşdüyünü qeyd edib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Kobaxidze bu çətin anda qardaş Azərbaycanın yanında olduğunu bildirib.

BMT-nin Baş Katibi Antonio Quterreş Azərbaycan başsağlığı verib. Baş katib, bu faciəvi hadisədə yaralananların tez bir zamanda tam sağalmasını diləyib.

BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq Azərbaycana başsağlığı verib. Yanq dualarının bu dağıdıcı itkidən əziyyət çəkənlərin yanında olduğunu vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha qəzadə həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına başsağlığı verib. Hadisə nəticəsində xəsarət alanlara şəfa diləyib.

Aİ-nin xarici əlaqələr təhlükəsizlik siyasəti üzrə sözçüsü Anouar El Azərbaycan xalqına başsağlığı verib.Yaralananların tezliklə sağalmasını arzulayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.Bütün xəsarət alanların tezliklə sağalmasını diləyib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev İlham Əliyevə başsağlığı verib.Ömüralıyev Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib.

NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib. O, təyyarə qəzasını hərtərəfli araşdırmaya çağırıb.

Avropa Şurasının Baş katibi Alain Berset Azərbaycana başsağlığı verib. Baş katib sağ qalanların tez və tam sağalmasını arzulayıb.

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib. Dualarının faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu vurğulayıb.

Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

MDB PA Şurasının katibliyi Azərbaycan xalqına başsağlığı verib. Bildirilib ki, MDB PA-ya üzv ölkələrin parlamentlərinin səlahiyyətli nümayəndələrinin hamısı Azərbaycan xalqının kədərinə şərikdir.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan başsağlığı verib. Xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler təyyar qəzası ilə əlaqədar başsağlığı verib.Yaralananların tezliklə sağalmalarını arzulayıb.

Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emomali təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov Azərbaycana başsağlığı verib. Yaralananların sağalmasını arzulayıb

Monteneqro Parlamentinin sədri Andriya Mandiç Azərbaycana başsağlığı verib. Parlamentin sədri faciə zamanı xəsarət alanlara şəfa diləyib.

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Azərbaycan xalqının kədərini bölüşdüklərini qeyd edib.

Çin Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

İordaniya Nümayəndələr Palatasının sədri Əhməd Safadi Azərbaycana başsağlığı verib

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Azərbaycana başsağlığı verib.

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Türkiyə milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Türkiyədəki səfirliyinə gedib, başsağlığı verib

Əlcəzair Prezidenti Əbdelmacid Tebbun Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Əbdelmacid Tebbun yaralılara şəfa diləyib.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana başsağlığı verib. Xəsarət alanlara şəfa diləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentinə başsağlığı verib.

Bir sıra ölkələrin Xarici İşlər Nazirlikləri Azərbaycana başsağlığı verib. 

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycana başsağlığı verib. Maka Botçorişvili Azərbaycan xalqına səbr diləyib.

Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov Azərbaycana başsağlığı verib. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Qazaxıstanın XİN Azərbaycana başsağlığı verib

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib. Yaralıların tezliklə sağalmasını diləyib.

Polşa XİN təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Yaralıların tezliklə sağalmasını arzulayıb.

Misir XİN Azərbaycana başsağlığı verib. Belə bir çətin anda Bakıya dəstək verməyə hazır olduqlarını bildirib.

İordaniya XİN Aktaudakı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib. Yaralananların tezliklə sağalmasını arzulayıb.

Türkiyə Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı başsağlığı verib. Dəstəyə hazır olduqlarını qeyd edib

Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib. Dualarının zərərçəkənlər və onların ailələrinin yanında olduğunu bildirilib.

Pakistan səfiri Qasım Mohiuddin Azərbaycana başsağlığı verib. Bu çətin zamanda duaların Azərbaycan xalqı ilə birlikdə olduğunu qeyd edib.

Perunun Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib

İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və digər dövlət rəsmiləri Azərbaycan Respublikasının İrandakı səfirliyini ziyarət edib, başsağlığı veriblər.

 

Teqlər:

"D\u00fcnya liderl\u0259ri t\u0259yyar\u0259 q\u0259zas\u0131 il\u0259 \u0259laq\u0259dar Az\u0259rbaycana ba\u015fsa\u011fl\u0131\u011f\u0131 veribl\u0259r - S\u0130YAHI\/YEN\u0130L\u018fN\u0130R"

Əlaqəli Xəbərlər