Menyu

Pakistan parlamentinin sədri Azərbaycana başsağlığı verib - YENİLƏNİB

Nərmin Qocamanlı
Pakistan parlamentinin sədri Azərbaycana başsağlığı verib - YENİLƏNİB

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Milli Assambleyanın sədri bu barədə özünün sosial şəbəkə səhifəsində paylaşım edib. Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbərindən çox kədərləndiyini bildirən Sərdar Ayaz Sadiq, hadisə nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Pakistan hökuməti və xalqının bu kədərli gündə Azərbaycanın yanında olduğunu vurğulayan Milli Assambleyanın sədri yaralananların tezliklə sağalmasını arzulayıb.

 

***

10:53

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar ölkəmizə başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Pakistan parlamentinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğramasından dərindən kədərləndim. Azərbaycan Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına bu əvəzedilməz itki ilə bağlı səmimi başsağlığı verirəm. Yas tutan ailələrə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik. Pakistan hökuməti və xalqı bu kədərli günlərdə Azərbaycanın yanındadır”, - spikerin bəyanatında vurğulanıb.

Teqlər:

"Pakistan parlamentinin s\u0259dri Az\u0259rbaycana ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər