Menyu

Qazaxıstan və Azərbaycan XİN başçıları təyyarə qəzasının səbəblərinin araşdırılmasını müzakirə edib

Nərmin Qocamanlı
Qazaxıstan və Azərbaycan XİN başçıları təyyarə qəzasının səbəblərinin araşdırılmasını müzakirə edib

XİN-dən"Operativ Media"ya verilən xəbərə görə, nazir Murat Nurtleu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib.

Nazir Murat Nurtleu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib. Qazaxıstan naziri qəza nəticəsində həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına, dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində iqtintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib.

Nazir Ceyhun Bayramov Qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər