26 Dekabr 2024, 14:55
Misir Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib
Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Misir Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib şəkil
Misir Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib

"Operativ Media" xəbər verir ki, bu barədə məlumat Misir Prezidentinin rəsmi saytında yerləşdirilib.

Məktubda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verilib.

Misir Prezidenti həlak olanlara rəhmət, onların ailələrinə səbr, yaralılara isə şəfa diləyib. Bu ağır gündə Azərbaycanın yanında olduqları ifadə edilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Son xəbərlər
Ermənistan XİN: Ermənistan Aİ-yə daxil olmaq üçün danışıqlar aparmır
Ronaldinyo: Vinisiusun "Qızıl top"u qazanmaması ədalətsizlik idi
İtaliya İsraili Qəzzada əməliyyatları dayandırmağa çağırıb
XİN Tehranda Azərbaycan səfirliyinə hücum edan şəxsin edam olunması ilə bağlı məlumat yayıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - VİDEO
21 May 2025, 15:45
Tokayev İlham Əliyevə təşəkkür edib
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq