"Operativ Media" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplanışa AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker rəhbərlik edəcək. Hazırlıq müddətində köməkçi hakimlər üzrə UEFA mütəxəssisi Leif Lindberg, VAR üzrə mütəxəssis Christof Dierick, UEFA-da fiziki hazırlıq üzrə baş məşqçi Prof.Dr.Werner Helsen və UEFA konvensiyasi koordinatoru Leonid Kaloshin hakimlərə nəzəri və praktiki seminarlar keçəcəklər.
Toplanışda iştirak edəcək hakimlərin siyahısını diqqətinizə çatdırırıq: