Menyu

Sahibə Qafarova: Komissiya qəzanın səbəblərini dəqiq müəyyən edib, ictimaiyyətə məlumat verəcək

Sahibə Qafarova: Komissiya qəzanın səbəblərini dəqiq müəyyən edib, ictimaiyyətə məlumat verəcək

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Bildiyiniz kimi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan sərnişin təyyarəsi dekabrın 25-də Bakı – Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğramışdır. Nəticədə çoxsaylı insan tələfatı və xəsarət alanlar var.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə dünən ölkə ərazisində matəm elan edilmişdir. Bildiyiniz kimi, dövlət başçısının sərəncamı ilə qəzanın  səbəblərini araşdırmaq üçün Dövlət komissiyası yaradılmışdır. Möhtərəm cənab Prezidentin tapşırığına əsasən komissiya baş vermiş faciəli hadisəni hərtərəfli araşdırıb qəzanın səbəblərini dəqiq müəyyən edəcək və ictimaiyyətə məlumat verəcəkdir. 

Biz təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq.

Teqlər:

"Sahib\u0259 Qafarova: Komissiya q\u0259zan\u0131n s\u0259b\u0259bl\u0259rini d\u0259qiq m\u00fc\u0259yy\u0259n edib ictimaiyy\u0259t\u0259 m\u0259lumat ver\u0259c\u0259k"

Əlaqəli Xəbərlər