Menyu

Nazirlik: Azərbaycanlı tibb mütəxəssisləri, yaralıların qohumları Qazaxıstana yola salınır

Nazirlik: Azərbaycanlı tibb mütəxəssisləri, yaralıların qohumları Qazaxıstana yola salınır

"Operativ Media" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 azərbaycanlının Qazaxıstan Respublikasında müalicəsi davam edir.

Bildirilib ki, yaralıların tezliklə sağalması üçün aparılan müalicə tədbirlərində tibbi dəstəklə yanaşı, mənəvi dəstək də çox önəmlidir:

"Bu məqsədlə, həm Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır. Qazaxıstana ezam olunan tibbi personal aparılan müalicə tədbirlərinin ölkələrin tibb mütəxəssisləri arasında koordinasiyalı təşkilini təmin edəcək, yaralıların yaxınları onların tezliklə əvvəlki sağlamlıqlarına qovuşmasında mənəvi dayaq olacaqlar".

Nazirliyin məlumatında vurğulanıb ki, yaralıların vəziyyəti qənaətbəxş və təxliyə üçün uyğun olduqda, onların dərhal Bakıya gətirilməsi təmin ediləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər