Ukrayna XİN: Rusiyanın zədələnmiş təyyarəni, çox güman ki, cinayətlərinin sübutunu gizlətmək məqsədilə Xəzərdən keçməyə icazə verməyib
"Operativ Media" xəbər verir ki, bu barədə XİN başçısı "X" hesabında paylaşım edib.
"Azərbaycan Hava Yolların"a məxsus təyyarənin qəzaya uğraması dəhşətli hadisədir. Azərbaycana başsağlığı veririk. Rusiya mətbuatının qəzanın səbəbi ilə bağlı yalan məlumat verməsi və Rusiyanın zədələnmiş təyyarəni, çox güman ki, cinayətlərinin sübutunu gizlətmək məqsədilə Xəzərdən keçməyə məcbur etməsi diqqət çəkən məqamlardır.
Kabindən və qəza sonrası çəkilən fotoşəkillər və videolar təyyarənin vurulduğunun açıq sübutudur. Biz məsul şəxslərin cavabdeh tutulmasını təmin etmək üçün ədalətli və obyektiv bir istintaq aparılmasını tələb edirik. Biz Rusiyanın yalan danışmasına, məsuliyyətdən qaçmasına və ya ittihamları başqasına yükləməsinə imkan verməməliyik" - deyə paylaşımda qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma