GUAM-ın Baş katibi Azərbaycana başsağlığı verib
"Operativ Media" xəbər verir ki, məktubda deyilir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyinin beynəlxalq əməkdaşları olaraq “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və çoxsaylı insan itkisi ilə nəticələnən faciə barədə kədərli xəbər bizi dərindən sarsıtdı.
Faciə zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır, bu çətin günlərdə Azərbaycan xalqının kədərini bölüşürük.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net