Menyu

Qazaxıstan Parlament Məclisinin sədri Sahibə Qafarovaya təyyarə qəzası ilə əlaqədar zəng edib

Nərmin Qocamanlı
Qazaxıstan Parlament Məclisinin sədri Sahibə Qafarovaya təyyarə qəzası ilə əlaqədar zəng edib

Milli Məclisin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarovaya  zəng edib. 

Qazaxıstan Parlament Məclisinin sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Parlament Məclisinin sədri öz adından və qazaxıstanlı deputatlar adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək, öz növbəsində bu təyyarə qəzasında Qazaxıstan vətəndaşlarının da həlak olması ilə əlaqədar Yerlan Koşanova başsağlığı verib, onların ailələrinə və yaxınlarına səbr diləyib. 
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər