Menyu

Arsenalın ulduz futbolçusu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

Əziz Əzizli
Arsenalın ulduz futbolçusu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə baş məşqçi Mikel Arteta məlumat verib.

O, İngiltərə Premyer Liqasının 17-ci turunda "Kristal Pelas"la görüşdə (5:1) zədələnən 23 yaşlı futbolçunun durumu ilə bağlı açıqlama verib.

Artetanın sözlərinə görə, Saka ən azı 2 ay oynaya bilməyəcək: "Bukayo əməliyyat keçirib. İndi hər şey çapıq toxumasının sağalma prosesindən asılıdır. Hərəkətliliyi tam bərpa olunana qədər meydanlardan uzaq qalacaq."

Bu mövsüm Premyer Liqada 16 oyuna çıxan Saka, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasında isə 5 matçda 4 qol vurub və 2 qol ötürməsi edib. Məşqçi futbolçunun bərpa prosesinin nə qədər davam edəcəyini hələ dəqiq söyləyə bilmir.

Əlaqəli Xəbərlər