Toral Bayramov: "Çalışacağam ki, bu uğurun davamını gətirim"
Əziz Əzizli
Bunu "Operativ Media"ya "İlin futbolçusu" mükafatını qazanan "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.
O, bu il əlindən gələnin ən yaxşısını etməyə çalışdığını bildirib.
"Bizim üçün çox ağır bir il keçdi. Bu il ərzində sevincli və üzücü günlərimiz də oldu. Buna baxmayaraq, bu bizim işimizdir. Əlimizdən gələni edirik ki, hər zaman yaxşı olaq. Bu uğuru qazanmağımda yanımda olan hər kəsə, komanda yoldaşlarıma, məşqçilərimə, ailəmə təşəkkür edirəm. Bu müddət ərzində yanımda olduqları üçün minnətdaram. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışdım.
Toral, mövsümün əvvəlində belə bir məqsədi olmadığını deyib.
"Bu, mənim üçün çox sevindirici və qürurverici bir andır. Mövsüm başlayandan belə bir şey fikirləşmirdim. Belə bir məqsədim yox idi ki, ilin futbolçusu seçilim. Sadəcə əlimdən gələni etdim ki, yaxşı olum. Çox şükürlər olsun Allaha ki, mən seçildim. Bir daha hamıya təşəkkürümü bildirirəm".
Teqlər:
"Toral Bayramov: \"\u00c7al\u0131\u015faca\u011fam ki bu u\u011furun davam\u0131n\u0131 g\u0259tirim\""