Menyu

Zelenski İlham Əliyevə zəng edərək başsağlığı verib - YENİLƏNİB

Zelenski İlham Əliyevə zəng edərək başsağlığı verib - YENİLƏNİB

Volodimir Zelenski dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Dövlətimizin başçısı göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

***

17:29

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, Zelenski Azərbaycan Hava Yollarının J2-8243 reysi ilə uçan təyyarənin qəzaya uğraması ilə əlaqədar İlham Əliyevə başsağlığı verib.

"Biz bütün imkanlarımızla Azərbaycana yardım etməyə hazırıq və digər ölkələri də dəstəyi əsirgəməməyə çağırırıq”, - deyə o qeyd edib.

 

Teqlər:

"Zelenski \u0130lham \u018fliyev\u0259 z\u0259ng ed\u0259r\u0259k ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər