28 Dekabr 2024, 17:34
Elvin Cəfərquliyev 2024-cü ilin ən sərt futbolçuları sırasında yer alıb
IFFHS 2024-cü ilin ən sərt futbolçularının adlarını açıqlayıb.
Elvin Cəfərquliyev 2024-cü ilin ən sərt futbolçuları sırasında yer alıb şəkil
Elvin Cəfərquliyev 2024-cü ilin ən sərt futbolçuları sırasında yer alıb

"Operativ Media" xəbər verir ki, qurumun araşdırmasına görə, dünyanın ən kobud oyunçularından biri də Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevdir.

Elvin il ərzində 4 dəfə qırmızı vərəqə almağı bacaran yeganə avropalıdır. Onunla bərabər daha iki oyunçu bunu “bacarıb” ki, onlar Braziliya çempionatında çıxış edirlər. Belə ki, “Vasko da Qama”lı Joao Viktor və “Yuventude”li Alan Ruşel 4 dəfə meydandan qovulublar.

Oyun sayının azlığına görə, Viktor (37 oyun) ilin ən sərt futbolçusu seçilibsə, Ruşel (48) ikinci, Cəfərquliyev (53) “üçlüy”ü tamamlayıb.

Millimizin üzvü qırmızı vərəqələrin hər birini “Qarabağ”ın heyətində alıb. O, 1 dəfə Misli Premyer Liqasında, 3 dəfə isə UEFA Avropa Liqasında meydandan qovulub. Elvin həm də eyni turnirdə il ərzində 3 qırmızı vərəqə alan yeganə oyunçudur

Son xəbərlər
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib