Menyu

Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Əsəd Abbaslı
Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

"Operativ Media" xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Zati-aliləri.

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində insanların həyatını itirmələri ilə əlaqədar Beynəlxalq Parlamentarilər Konqresi adından Sizə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Qəlbimiz bu ürəkağrıdan faciədə həlak olanların ailələrinin və yaxınlarının yanındadır. Yaralananların tezliklə və tam sağalmalarını arzulayırıq.

Əminəm ki, Azərbaycan xalqının birliyi bu çətin dövrü dəf etməyə imkan verəcəkdir. Bu ağır vaxtda biz də Sizinlə həmrəyliyimizi ifadə edirik".

Teqlər:

"Beyn\u0259lxalq Parlamentaril\u0259r Konqresinin ba\u015f katibi Prezident \u0130lham \u018fliyev\u0259 ba\u015fsa\u011fl\u0131\u011f\u0131 m\u0259ktubu \u00fcnvanlay\u0131b"

Əlaqəli Xəbərlər