Menyu

Təyyarə qəzası nəticəsində həlak olan daha 24 nəfərin nəşi ölkəyə gətirilib - YENİLƏNİB

Əsəd Abbaslı
Təyyarə qəzası nəticəsində həlak olan daha 24 nəfərin nəşi ölkəyə gətirilib - YENİLƏNİB

"Operativ Media" xəbər verir ki, qəza nəticəsində həlak olan 21 sərnişin və 3 ekipaj üzvü-pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçi Hökumə Əliyevanın nəşi ölkəyə gətirilib.

Bildirək ki, ekipaj üzvləri ll Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

23:00

“AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib”.

"Operativ Media" xəbər verir ki, bunu Mangistau vilayətinin administrasiyasının mətbuat katibi Gülmira Abışeva məlumat verib.

Onun sözlərinə görə, meyitlərin qohumlarından DNT testləri istifadə etməklə tanınması üçün bir neçə gün ərzində gərgin iş aparılıb.

“Manqistau vilayətinin akimi həlak olanların yaxınlarına başsağlığı verir. Yerli icra hakimiyyəti orqanları bundan sonra da təyyarə qəzasında xəsarət alanların və həlak olanların ailələrinə və yaxınlarına hərtərəfli yardım göstərəcəklər”.

Teqlər:

"T\u0259yyar\u0259 q\u0259zas\u0131 n\u0259tic\u0259sind\u0259 h\u0259lak olan daha 24 n\u0259f\u0259rin n\u0259\u015fi \u00f6lk\u0259y\u0259 g\u0259tirilib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər