Menyu

Hava limanında qəza qurbanlarının xatirəsi anılıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Hava limanında qəza qurbanlarının xatirəsi anılıb  - YENİLƏNİB

"Operativ Media" xəbər verir ki, daha sonra həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın cənazələri dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

***

11:00

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.

"Operativ Media" xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Teqlər:

"Hava liman\u0131nda q\u0259za qurbanlar\u0131n\u0131n xatir\u0259si an\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər