29 Dekabr 2024, 15:10
İlham Əliyev: Rusiya təzminat ödəməlidir
Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik.
İlham Əliyev: Rusiya təzminat ödəməlidir şəkil
İlham Əliyev: Rusiya təzminat ödəməlidir

"Operativ Media" xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı Azərbaycanın Rusiya tərəfinə bildirilən tələblərinin beynəlxaql təcrübəyə və normal insani davranışa əsaslandığını qeyd edib:

"Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır.

Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək".

Son xəbərlər
Olaf Şolts Suriya Prezidenti ilə telefon danışığı aparıb
Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirilib
"Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb
İsrail nümayəndə heyəti girovlarla bağlı danışıqlar üçün Qətərə gedəcək