Körfəz Əməkdaşlıq Şurasının Baş katibi İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, başsağlığında deyilir:
"Aktau şəhəri yaxınlığında baş verən faciəvi təyyarə qəzası nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin hüznlə qarşıladıq.
İcazə verin, bu faciəvi hadisə ilə əlaqədar Körfəz Əməkdaşlıq Şurası adından Azərbaycan hökumətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verim.
Biz bu ağır günlərdə Azərbaycan hökumətinin və xalqının yanındayıq, yaralananların tezliklə sağalmalarını diləyirik. Azərbaycana davamlı sülh və əmin-amanlıq arzulayırıq".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma