29 Dekabr 2024, 21:50
Əfqanıstan XİN Azərbaycana başsağlığı verib
Əfqanıstanın Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.
Əfqanıstan XİN Azərbaycana başsağlığı verib şəkil
Əfqanıstan XİN Azərbaycana başsağlığı verib

"Operativ Media" Əfqanıstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin XİN başçısının müavini Əlhac Şer Məhəmməd Stanekzai ilə görüşüb.

“İlham Məmmədov xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əlhac Şer Məhəmməd Abbas Stanekzai ilə görüşüb”, – Əfqanıstan XİN-in məlumatında qeyd olunub.

Bildirilib ki, görüşdə Stanekzai “Azərbaycan Hava Yolları”na məxsus mülki təyyarənin qəzaya uğraması bağlı başsağlığı verib və Əfqanıstanın siyasi, iqtisadi və sosial sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsinə sadiq qaldığını bildirib. “Əfqanıstan hökumətinin başsağlığına görə təşəkkürünü bildirən cənab Məmmədov bunu iki ölkə arasında həmrəylik və qardaşlıq ruhunun böyük təzahürü kimi qiymətləndirib və əlavə edib ki, Azərbaycan Əfqanıstanla siyasi əlaqələri genişləndirməkdə maraqlıdır və ölkəsinin Əfqanıstanla iqtisadi əməkdaşlığa hazır olduğunu açıqlayıb”, – mətbuat xidməti diqqətə çatdırıb.

Səfir həmçinin ikitərəfli münasibətlərin gücləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Son xəbərlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
"İçərişəhər" stansiyasında retro vaqonların nümayişinə başlanılacaq
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib
Leyla Əliyeva Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib
Avropa Komissiyasının rəhbəri qarşıdakı 5 ilin əsas planını açıqlayıb
Azərbaycan II Liqa: "Şəfa" darmadağınla qalib gəldi
Zaxarova: Makron nüvə silahı ilə manipulyasiya edir