Braziliyalı müdafiəçi karyerasını Meksikada davam etdirə bilər
Əziz Əzizli
"Operativ Media"nın məlumatına görə, braziliyalı futbolçu ilə "Amerika" klubu maraqlanır. Bu barədə "RTI Esporte" xəbər yayıb. Bildirilir ki, "Fluminense" ilə yollarını ayıran və hazırda klubsuz olan Marseloya Meksika klubundan təklif gəlib.
36 yaşlı futbolçu ilə danışıqlarda "Amerika" klubunun sahibi Emilio Azkarraqa şəxsən iştirak edir. Məlumata əsasən, Marselo təxminən 24 milyon dollar dəyərində bir illik müqavilə bağlamaq niyyətindədir. Onun maaşının bir hissəsinin sponsorlar - "Nike" və "Televisa" tərəfindən ödənilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Marselo "Fluminense"də baş məşqçi Manu Menezeslə münaqişə səbəbindən müqaviləsini qarşılıqlı razılaşma ilə ləğv edərək klubdan ayrılmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net